Seninem.Az > Gündəm > Cəlilabadda keçirilən I Kitab Sərgisi yekunlaşıb

Cəlilabadda keçirilən I Kitab Sərgisi yekunlaşıb


Tarix: Dünən, 21:52. Müəllif: admin2
Cəlilabad rayonunda ilk dəfə təşkil olunan və 3 gün davam edən I Kitab Sərgisi yekunlaşıb.

"Report"un Muğan bürosunun məlumatına görə, sərgidə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, tələbələr, şagirdlər və qonaqlar iştirak edib.

Sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə vermək olub.

Tədbir çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları və təqdimatlar da təşkil olunub.

Sərgi 5-7 iyun tarixlərini əhatə edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt