Seninem.Az > Gündəm > Tibb müəssisələri əmlakları ilə birgə Səhiyyə Nazirliyinin tabeliyinə verildi

Tibb müəssisələri əmlakları ilə birgə Səhiyyə Nazirliyinin tabeliyinə verildi


Tarix: 2-05-2025, 07:48. Müəllif: admin2
Tibb müəssisələri əmlakları ilə birgə Səhiyyə Nazirliyinin tabeliyinə verildiNaxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov mayın 1-də Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təhvil-təslim işlərinin iki ay müddətində həyata keçirilməsi üçün tədbirlər görməlidir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt