Seninem.Az > Gündəm / Kriminal > Bakıda qardaşlar arasında qanlı dava: Bir-birini bıçaqladılar

Bakıda qardaşlar arasında qanlı dava: Bir-birini bıçaqladılar


Tarix: 13-04-2025, 13:03. Müəllif: admin2
Bakıda qardaşlar arasında qanlı dava: Bir-birini bıçaqladılarBakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Bakupost.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib. İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Samir
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt