Seninem.Az > Gündəm > Bakıda AĞIR QƏZA: Mərkəzi yol bağlandı, xəsarət alanlar var - FOTO
Bakıda AĞIR QƏZA: Mərkəzi yol bağlandı, xəsarət alanlar var - FOTOTarix: 8-04-2024, 08:18. Müəllif: admin2 |
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var. BAKU.WS xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 5 saylı "ASAN xidmət" mərkəzinin qarşısında qeydə alınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu", stansiyası istiqamətlərində sıxlıq yaranıb. TƏBİB-dən bildirilib ki, aprelin 4-də saat 21:53 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. İki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzasında 1999-cu il təvəllüdlü Behbud İsa oğlu Hüseynov, eyni təvəllüdlü Vüsal Şöhrət oğlu Abdullazadə, habelə 1982-ci il təvəllüdlü Fazil Musa oğlu Abbasov və 1995-ci il təvəllüdlü Emil Rizvan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Faktla bağlı araşdırma aparılır. BAKU.WS VİDEO QALEREYA Geri Qayıt |