Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Gədəbəydə jurnalistlərin saxlanılması xəbərinə RƏSMİ REAKSİYA
Gədəbəydə jurnalistlərin saxlanılması xəbərinə RƏSMİ REAKSİYATarix: 22-06-2023, 12:02. Müəllif: admin2 |
![]() Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə jurnalistlərin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”. Qeyd edək ki, Gədəbəydə jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin saxlanılması və Rayon Polis Şöbəsinə aparılması barədə məlumatlar yayılmışdı. Geri Qayıt |