Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Xəqani Hüseynov bu səbəbdən həbs edilib
Xəqani Hüseynov bu səbəbdən həbs edilibTarix: 4-05-2023, 11:30. Müəllif: admin2 |
![]() Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində özünü xeyriyyəçi kimi tanıdan Hüseynov Xəqani (Xaqocan) həbs edilib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, “Xaqocan” 10 sutka müddətində həbs edilib: “Xəqani Hüseynov sosial şəbəkə istifadəçisi Azər Əmirovun müraciəti əsasında Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə (Xırda xuliqanlıq) əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Məhkəməyə verilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib”. Geri Qayıt |