Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Noyabrda 10 gün iş olmayacaq

Noyabrda 10 gün iş olmayacaq


Tarix: 1-11-2022, 11:51. Müəllif: admin2
Noyabrda 10 gün iş olmayacaq

Noyabr ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən Manset.az-a verilən məlumata görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt