Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > 12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI

12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI


Tarix: 28-10-2022, 09:35. Müəllif: admin2
12 kəndin işğaldan azad edilməsindən 2 il keçir – SİYAHI

Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan iki il keçir.

  2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt