Seninem.Az > Gündəm / Manşet Yuxarı / Manşet Sağ > Ukrayna ordusu bu ərazini azad etdi
Ukrayna ordusu bu ərazini azad etdiTarix: 27-07-2022, 09:17. Müəllif: admin2 |
Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad ediblər. Bu barədə “Cənub” Operativ Komandanlığı məlumat yayıb. "Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər”, - komandanlığın feysbukdakı səhifəsində yerləşdirilən xəbərində deyilir. Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye - Beloqorka istiqamətində əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa etməyə çalışsa da, buna nail ola bilməyib. Rusiya hərbi hava qüvvələrinin təyyarələri qarşı tərəfin mövqelərinə 4 zərbə endirib, lakin Ukrayna hərbçiləri arasında itki yoxdur. Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb. Geri Qayıt |