Seninem.Az > Gündəm / Manşet Yuxarı > Sabah havanın temperaturu 27 dərəcəyədək artacaq
Sabah havanın temperaturu 27 dərəcəyədək artacaqTarix: 21-04-2022, 14:37. Müəllif: admin |
Bakıda və Abşeron yarımadasında aprelin 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Leqal.info-ya verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 22-27° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq. Geri Qayıt |