Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Azərbaycanda son sutkada 15 nəfər koronavirusa yoluxub, 1 nəfər ölübTarix: 14-04-2022, 20:21. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 320 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 440 nəfər müalicə olunaraq sağalıb, 9 705 nəfər vəfat edib. 175 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 008, bu günə qədər isə ümumilikdə 6 759 211 test icra olunub. Geri Qayıt |