Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda son sutkada 16 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda son sutkada 16 nəfər koronavirusa yoluxub, ölən olmayıbTarix: 11-04-2022, 19:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 0 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 199 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test icra olunub. Geri Qayıt |