Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxub
Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxubTarix: 7-04-2022, 17:30. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 259 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 755, bu günə qədər isə ümumilikdə 6 731 315 test icra olunub. Geri Qayıt |