Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb


Tarix: 25-03-2022, 19:00. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt