Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək
Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcəkTarix: 23-03-2022, 13:40. Müəllif: admin |
Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək. Bunu Leqal.info Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur. U.Tağıyeva deyib ki, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək. “Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”, - o söyləyib. Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib. Geri Qayıt |