Seninem.Az > Gündəm / Manşet Yuxarı > Baş nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"
Baş nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"Tarix: 15-03-2022, 12:30. Müəllif: admin |
"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər görülür”. Leqal.info-nun xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. "Ukraynadakı hadisələrla bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür", - o bildirib. Geri Qayıt |