Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 126 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Azərbaycanda daha 126 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edibTarix: 9-03-2022, 19:00. Müəllif: admin |
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 789 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9 558 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 929 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 6 611 402 test icra olunub. Geri Qayıt |