Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 832 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
Azərbaycanda daha 832 nəfər koronavirusa yoluxub, 21 nəfər ölübTarix: 1-03-2022, 17:30. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 786 502 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib. 9 362 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 865, bu günə qədər isə ümumilikdə 6 563 829 test icra olunub. Geri Qayıt |