Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda koronavirusa sutkalıq yoluxma 6 600-ü ötüb
Azərbaycanda koronavirusa sutkalıq yoluxma 6 600-ü ötübTarix: 2-02-2022, 16:30. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb, 3 385 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 670 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 727 nəfər müalicə olunaraq sağalıb, 8 779 nəfər vəfat edib. 30 807 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 797, bu günə qədər isə ümumilikdə 6 191 130 test icra olunub. Geri Qayıt |