Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda koronavirusa yoluxanların sayı 630 mini ötüb
Azərbaycanda koronavirusa yoluxanların sayı 630 mini ötübTarix: 21-01-2022, 17:00. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 630 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 156 nəfər müalicə olunaraq sağalıb, 8 581 nəfər vəfat edib. 10 683 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 795, bu günə qədər isə ümumilikdə 6 045 582 test icra olunub. Geri Qayıt |