Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub, 12 nəfər ölübTarix: 10-01-2022, 15:53. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 621 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 919 nəfər müalicə olunaraq sağalıb, 8 457 nəfər vəfat edib, aktiv xəstə sayı 7 187 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 247, ötən müddət ərzində isə ümumilikdə 5 948 270 test aparılıb. Geri Qayıt |