Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
Azərbaycanda daha 413 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edibTarix: 4-01-2022, 20:18. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 648 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, bu günə qədər isə ümumilikdə 5 889 656 test icra olunub. Geri Qayıt |