Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib
Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edibTarix: 29-12-2021, 17:30. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 1209 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib. 9 756 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, bu günə qədər isə ümumilikdə 5 842 565 test icra olunub. Geri Qayıt |