Seninem.Az > Gündəm / Manşet Yuxarı > Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"
Təhsil naziri: "Müəllimlərin 90 mindən çoxu üçüncü doza peyvəndi vurdurub"Tarix: 2-12-2021, 19:49. Müəllif: admin |
"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin, təxminən, 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub". Leqal.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin olunursa, bu, əhalinin kütləvi vaksinasiyası nəticəsində mümkün olub: "İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk". Geri Qayıt |