Seninem.Az > Gündəm / Manşet Yuxarı > “Azəristiliktəchizat”: "Bu gündən istiliyin verilməsinə başlanılıb"
“Azəristiliktəchizat”: "Bu gündən istiliyin verilməsinə başlanılıb"Tarix: 15-11-2021, 12:27. Müəllif: admin |
Bu gündən etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb. Bunu Leqal.info-ya açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, gün ərzində qoşulmalar tamamlanacaq. Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib. 2021-2022-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Geri Qayıt |