Seninem.Az > Gündəm / Manşet Yuxarı > Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb

Yaxın üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb


Tarix: 1-07-2021, 23:12. Müəllif: admin
"Yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir".

Leqal.info xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq: “Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt