Seninem.Az > Gündəm / Manşet Yuxarı > İyunun 28-i avtobuslar işləyəcək
İyunun 28-i avtobuslar işləyəcəkTarix: 25-06-2021, 10:49. Müəllif: admin |
|
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, 26 İyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək. Geri Qayıt |