Seninem.Az > Gündəm / Manşet Yuxarı > Bu gün Ramazan ayının sonuncu günüdür
Bu gün Ramazan ayının sonuncu günüdürTarix: 12-05-2021, 11:00. Müəllif: admin |
Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür. Leqal.info-nun xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — bayram axşamı şam namazından sonradır. QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Geri Qayıt |