Seninem.Az > Gündəm / Manşet Yuxarı > Cəbrayıl Dövlətzadənin ailəsinə ev verildi
Cəbrayıl Dövlətzadənin ailəsinə ev verildiTarix: 18-03-2021, 11:27. Müəllif: admin |
Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin ailəsinə yeni mənzil verilib. Bu barədə Leqal.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yerləşən yeni binada 3 otaqlı mənzil nazirliyin sosial tərəfdaşları tərəfindən şəhid ailəsinə verilib. Bu gün mənzilin açarları şəhidin ailəsinə təqdim edilib. Qeyd edək ki, 19 yaşlı Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Geri Qayıt |