Seninem.Az > Gündəm / Manşet Yuxarı > Elektrik enerjisinin qiymətinin artırılacağı iddiasına
Elektrik enerjisinin qiymətinin artırılacağı iddiasınaTarix: 18-02-2021, 23:00. Müəllif: admin |
|
Sosial şəbəkələrdə Azərbaycanda elektrik enerjisinin qiymətinin artırılacağı ilə bağlı iddialar yayılıb. Bildirilir ki, qiymətin artırılması ilə bağlı “Azərişıq” Tarif Şurasına müraciət edib. Məsələ ilə bağlı Leqal.info-ya açıqlama verən “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu məlumatı təkzib edib. O, yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib: “Azərişıq” ASC qiymət artımı ilə bağlı rəsmi şəkildə Tarif Şurasına heç bir müraciət etməyib. Sosial şəbəkələrdə və bəzi KİV-də yayılan xəbərlərin heç bir əsası yoxdur”. Qeyd edək ki, hazırda elektrik enerjisinin qiyməti 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır. Geri Qayıt |