Seninem.Az > Gündəm / Manşet Yuxarı > Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxıldı
Rusiya ilə sərhəddə qalan azərbaycanlılar ölkəyə buraxıldıTarix: 26-05-2020, 22:07. Müəllif: admin |
Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub. Bunu REAL TV-yə açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib. O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. "İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhədi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib. O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var. Geri Qayıt |