Seninem.Az > Gündəm / Manşet Yuxarı > "Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir”

"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir”


Tarix: 4-05-2020, 17:03. Müəllif: admin
"Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".

Leqal.info xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır:

"Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir". 

Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.
(Milli.az)скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt