Seninem.Az > Gündəm / Manşet Yuxarı > Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək?
Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək?Tarix: 5-01-2020, 10:39. Müəllif: admin |
Mətbuat Şurasının sədri Əflatun Amaşovun 9 fevralda baş tutacaq parlament seçkilərində iştirak etməyəcəyi haqda xəbər yayımlanıb. AZXEBER.COM məsələni dəqiqləşdirmək Amaşovun özü ilə əlaqə saxladı. O hazırda xaricdə olduğunu və yekun qərar vermədiyini deyib: "Mən hazırda ölkə xaricindəyəm. Hələ vaxta var. Növbəti parlament seçkiləri ilə bağlı qərar qəbul etməmişəm. Qərarımı verəndə hər kəsin xəbəri olacaq. Tələsməyək”. Qeyd edək ki, 8 bitərəf deputat növbəti seçkilərdə iştirak etməyəcək. Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova, Mahir Aslanov və Gövhər Baxşəliyevadır. Geri Qayıt |