Seninem.Az > Gündəm / Manşet Yuxarı > DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisiTarix: 17-10-2019, 15:19. Müəllif: admin |
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. “Leqal.info”nun məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat olunmayıb. DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər. Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib. Geri Qayıt |