Seninem.Az > Gündəm / Manşet Yuxarı > Prokuror Bakı Dövlət Universitetinin müəlliminə 50 min dələduzluq edən şəxsə

Prokuror Bakı Dövlət Universitetinin müəlliminə 50 min dələduzluq edən şəxsə


Tarix: 15-10-2019, 16:34. Müəllif: admin
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Leqal.info"nun xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda - 50 min pul alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi vədini verib.

Hüseyn Məmmədov BDU-nun fəlsəfə müəllimdir. İllərdir BDU-da çalışan H.Məmmədov bir müddət kafedra müdiri olub. Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb. O, çıxışında təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt