Seninem.Az > Gündəm / Manşet Yuxarı > "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"

"Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"


Tarix: 19-09-2019, 22:07. Müəllif: admin
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə Azərbaycan vətəndaşlarının xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Report” a açıqlamasında deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Xəbər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt