Yevlax rayon İcra və Probasiya şöbəsinin Ədliyyə müşaviri Rəşad Əliyev: “Bizə Şanlı Qələbənin sevincini yaşatdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk!”

Yevlax  rayon İcra  və Probasiya  şöbəsinin Ədliyyə müşaviri Rəşad Əliyev: “Bizə Şanlı Qələbənin sevincini yaşatdığı üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk!”

Həyatımızda   elə anlar var ki, yalnız onları  yaşayanda  həmin anlara nə qədər  dərin,  böyük bir ehtiyac  olduğunu  hiss edirik.  Uzun illər  ərzində  məhz  həmin anları  həsrətlə,  iztirabla  gözlədiyimizin   fərqində oluruq.
Bu bir həqiqətdir ki,  Azərbaycan  Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş  Komandanı cənab  İlham Əliyevin rəhbərliyi  altında  qüdrətli  Ordumuz  işğal  altındakı  bütün  torpaqlarımızı  azad edərək  Vətənimizin  ərazi  bütövlüyünü  təmin etdi və şanlı  bayrağımızı  Şuşada  dalğalanırdı!
Müzəffər  Ordumuzun  sentyabrın 27-dən  başlayan və tam  44 gün davam  edən  hərbi  əməliyyatları nəticəsində, terrorçu  Ermənistanın  30 il  ərzində  qurduğu  Silahlı Qüvvələri  darmadağan edildi.
Biz Vətənimiz  uğrunda,  torpaqlarımızı  işğaldan  azad etmək  üçün  vuruşduq! Torpaqlarımız  bir-birinin ardınca  işğaldan  azad olundu. Bu tarixi uğurla  Ermənistan ordusuna  sarsıdıcı  zərbə vuruldu.  Ermənistan ordusu məğlub oldu. Qələbəyə aparan  uzun yol  44 gün  davam edən  İkinci Qarabağ  müharibəsi ilə  başa çatdı.
Şanlı Qələbə bizi  nəhayət ki,  30 ilədək  intizarını  çəkdiyimiz,  ürəyimizin  başında qanı kəsilməyən  yaraya çevrilmiş  o, əfsanəvi anlara  qovuşdurdu.
Qələbə ruhu  ilə  zəfəri bayram edən,  bir-birinə  gözaydınlığı verən  küçələrini, evlərini, iş yerlərini,  avtomobillərini üçrəngli  bayraqlarımızla  bəzəyən  insanların  sevinci,  qüruru,- bütün ölkədəki bayram ovqatı mühüm bir  tarixi  hadisənin  canlı şahidləri olduğumuz  bu günlər  möhtəşəm  tarixi  dövr olduğu  üçün bizi  xoşbəxt edir.
Bu xoşbəxtliyi  isə  bizə cənab  Prezident  bəxş etdi.  Müdrikliyi,  uzaqgörənliyi, qətiyyəti sayəsində  Azərbaycan xalqı  qalib xalq  kimi dünya  birliyində tanındı.
Nə xoş bizə...27 sentyabr  tarixi  Rəşadətli  Ordumuz  tərəfindən  Azərbaycan  hərb tarixinin  qızıl səhifələri  ilə  daxil oldu.  Gələcək  nəsillər  həmin səhifələri vərəqləyərkən  böyük qürur hissi keçirəcək, Vətən  uğrunda  tökülən  qanların  hədər getmədiyinin  şahidi olacaqlar.
Bu gün fəxrlə qeyd edirik ki, Vətən qarşısında  şərəflə,  həvəslə,  sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə  tərəddüd etmədən  doğma  Azərbaycan  uğrunda  ölümə  atılmağa  hazırdılar.
Bu gün  hər birimiz   arzularımızı həyata keçirən, tarixi   qələbəni  qazanan və sevincini bizlərə  yaşadan Ölkəmizin  Rəşadətli  Ordusu ilə  qürur duyuruq.  Bu qələbənin  qazanılmasında  şanlı və  qəhrəman  Azərbaycan əsgər və zabitlərinin  əvəzsiz rolu danılmazdır.  Ona görə də  bütün  Azərbaycan xalqı  Vətənin  xilaskarı  olan  bu insanları həmişə  minnətdarlıq  hissi ilə  xatırlayacaqdır.
Bu gün  biz qürurla, başı dik, alnı açıq gəzirik.  Bütün  Şəhidlərimizi  dərin hüzurla anırıq. Bizə qələbənin, zəfərin sevincini yaşatdığı, xalqımıza birlik  bəxş  etdiyi üçün cənab Prezidentimizə dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk!

Rəşad Əliyev
Yevlax  rayon İcra  və Probasiya  şöbəsinin  Rəisi, Ədliyyə müşaviriскачать dle 10.6фильмы бесплатно
26-09-2022, 15:18
Baxıs: 373
Reyting: