allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Paytaxtda yanacaqdoldurma məntəqəsinə saxta 200 manatlıq verildi » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Paytaxtda yanacaqdoldurma məntəqəsinə saxta 200 manatlıq verildi

Paytaxtda yanacaqdoldurma məntəqəsinə saxta 200 manatlıq verildi

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə yanvarın 4-də saat 22:00 radələrində Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birinə 200 manatlıq saxta əsginas verilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
13:43
Baxıs: 71920
Reyting: