Çempionlar Liqasında ermənilər növbəti təxribata əl atdı

Çempionlar Liqasında ermənilər növbəti təxribata əl atdı

Ötən gün Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” komandası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

“Pünik” azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribata yol açmışdı. İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi.скачать dle 10.6фильмы бесплатно
10-08-2022, 10:15
Baxıs: 366
Reyting: