Beynəlxalq ekspertlərin növbəti konfransının Laçında keçirilməsi təklif olunub

Bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə növbəti beynəlxalq konfransın gələn il Laçında keçirilməsi təklif olunub.

Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda qərar verib.

Səfir, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlət başçısına müraciət edərək təkliflə çıxış edib: “Bu konfransın iştirakçıları Şuşada olublar. Mən təklif edirəm ki, növbəti səfəri Laçına edək”.

Prezident buna müsbət cavab verib: “Razıyam!”

Dövlət başçısının sözlərinə görə, Laçında və Zəngilanda beynəlxalq hava limanları tikilir, Zəngilanda hava limanı bu il, Laçında isə ola bilsin 2023-2024-cü illərdə istifadəyə veriləcək: “Lakin biz ora asan və rahat yolla getmək imkanı tapacağıq.

Ola bilsin biz bunlar arasında hansısa başqa görüşlər, forumlar haqqında düşünə bilərik. Ola bilsin qarşılıqlı fəaliyyətimiz daha səmərəli etmək üçün başqa şəhərlərdə - Ağdamda, Zəngilanda və ya işğaldan azad edilmiş digər şəhərlərimizdə keçirə bilərik. Çünki bizim üçün beynəlxalq ictimaiyyətin nə baş verdiyini bilməsi, işğal illəri haqqında bütün həqiqətləri və bizim sülh quruculuğu planları və niyyətimiz haqqında bilməsi vacibdir. Bu səbəbdən hesab edirəm ki, bu bizim iştirakçılarımızla bu gün buraya gələ bilməyən ekspert icmasının üzvləri arasında daimi əlaqə xətti olmalıdır”.

Konfransın birinci günü dünən Şuşada keçirilib, ikinci günü isə Azərbaycan Prezidentinin iştirakı ilə Bakıda ADA Universitetində keçirilir.скачать dle 10.6фильмы бесплатно
29-04-2022, 11:00
Baxıs: 40 902
Reyting: