Qusarda ana-ata və 3 azyaşlı övladı dəm qazından boğularaq ölüb

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

16:18
Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

"Report"un xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hazırda hüquq-mühafizə oraqlanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu “Report”a faktı təsdiqləyib.скачать dle 10.6фильмы бесплатно
17-02-2022, 17:30
Baxıs: 30 186
Reyting: