allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? - YENİLƏNİB » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? - YENİLƏNİB

Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? - YENİLƏNİB

Bakıda binanın damında meyiti tapılan qızın ölümünə səbəb kimi ilkin versiyada onun həddən artıq narkotik vasitə qəbul etməsi bildirilir.

Bu barədə Arazxeber.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə baxış zamanı onun üzərində xəsarət izi aşkar olunmayıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.


09:24

Bakıda binanın damında gənc qızın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.
09:52
Baxıs: 10960
Reyting: