allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural-FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural-FOTO

Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural-FOTO


“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub. Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar. Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə Ordumuz nəzarət edir…”

Bunu “Arazxeber.az”a Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımın 29-cu ildönümü ərəfəsində bildirib.

Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı ilin fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi 2 yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq…

Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.
14:14
Baxıs: 9120
Reyting: