Jurnalistlərin hansı məlumatları yaymasının qadağan ediləcəyi məlum olub

Media subyekti və jurnalist tərəfindən hansı məlumatların yayılmaması ilə bağlı qayda açıqlanıb.

Leqal.info-nun xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:

1. şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;

2. məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;

3. təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;

4. Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;

5. yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;

6. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;

7.İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.

Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.скачать dle 10.6фильмы бесплатно
10-12-2021, 13:58
Baxıs: 36 221
Reyting: