Seninem.Az > Sosial / Manşet Yuxarı / Manşet Sağ > Şəhid Azad Kərimovun nəşi ailəsinə təhvil verildi
Şəhid Azad Kərimovun nəşi ailəsinə təhvil verildiTarix: 14-09-2022, 08:56. Müəllif: admin2 |
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində Kəlbəcərdə şəhid olan Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib. Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib. Qeyd edək ki, 1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Geri Qayıt |