DYP ağır yol qəzası ilə bağlı məlumat yaydı

DYP ağır yol qəzası ilə bağlı məlumat yaydı

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO”‘ markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
28-03-2023, 11:00
Baxıs: 245
Reyting: