Samuxda narkotik satanlar TUTULDU

Samuxda narkotik satanlar TUTULDU

Samuxda sakinlərindən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan “metamfetamin” aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb,araşdırmalar davam etdirilir.
скачать dle 10.6фильмы бесплатно
27-03-2023, 13:05
Baxıs: 227
Reyting: