Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

Ramiz Mehdiyevin ailəsinə məxsus bankın rəhbəri işdən çıxdı

“Bank BTB”nin rəhbərliyində dəyişiklik olub. Bankın Müşahidə Şurasının (MŞ) üzvü Əliş Tağıyev vəzifəsindən ayrılıb. Rövşən Fərhad-zadə MŞ-yə yeni üzv seçilib.

Bu barədə “APA-Economics”in sorğusuna əsasən bankdan bildirilib. Məlumata görə, İdarə Heyətinin (İH) sədri Emil Rzayev də vəzifəsindən ayrılıb. İdarə Heyəti sədrinin birinci müavini Eldəniz Hüseynov İH sədrinin əvəzedicisi vəzifəsinə təyin edilib.

Bundan əlavə, Bankın İdarə Heyətinin üzvləri Rauf Qurbanov və Zaur Yusifov İdarə Heyəti sədrinin müavinləri təyin edilib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Qeyd edək ki, uzun illərdir mətbuatda “BTB Bank”ın əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.

Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.

İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Onu da bildirək ki, “Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.скачать dle 10.6фильмы бесплатно
27-03-2023, 12:29
Baxıs: 213
Reyting: