Çempionla tarixi görüş və tarixi hədiyyə-FOTOLAR

Çempionla tarixi görüş və tarixi hədiyyə-FOTOLAR


Mən onun haqqında çox eşitmişdim bir neçə dəfə televiziya proqramlarında da rast gəlmişdim. Qəhrəmanımızla şəxsi tanışlığımız olmasa da, artıq şifahi şəkildə bir-birimiz haqqında məlumatlı idik.

Bu şifahi tanışlığımza səbəbkar hər ikimizin ortaq dostumuz Oktay Pənahov idi. Oktay müəllim hər zaman onun barəsində söz düşəndə deyirdi ki,onun şərəfinə hazırlatdırdığım hədiyyəni şəxsən sən təqdim edəcəksən. Əlbətdəki,bu mənim üçün qürur verici hiss idi.

Artıq zaman yetişdi və mənim üçün önəmli olan o, tarixi görüş baş tutdu. Görüşümüz Oktay müəllimin rəhbəri olduğu “OTTO-ART” poliqrafiya,reklam və dizayn şirkətinin emalatxanasında və satış ofisində baş tutdu. Ramil bəy görüşə gözəl-göyçək balaları-Cəsur və Nuray ilə bərabər gəlmişdi. Balaca fidanlarda atalarının hədiyyələrinə sevinirdilər.

Çempionla tarixi görüş və tarixi hədiyyə-FOTOLAR


İndi istəyirəm ki, qəhrəmanımızı sizlərdə daha yaxından tanıyasız.

Qəhrəmanımız Ramil Əhmədovun idmana olan sevgisi uşaqlıq yaşlarından başlamışdır. O, bir neçə idman növü ilə həvəskar məşğul olsa da,əsas sevgisi ağırlıq qaldırma üzrə idman növü olan “Poverlifter”-ə bu çətin idman növündə Ramil dəfələrlə ölkə birincisi oldu.

Zaman keçdikcə uğurların sayı artmağa başladı və dəfələrlə Dünya və Avropa çempionu oldu. Bayrağımızı ən yüksək idman arenalarında qaldırdı. Xalqımıza, millətimizə sevinc anlarını yaşatdı.

O,44 günlük “Vətən Müharibəsi”-ində arxa cəbhədə əsgərlərimizə daha da yaxından dəstək oldu və bundan ilham alaraq, Cənab Ali Baş Komandanımız İlham Əliyevin, dəfələrlə çıxışında qeyd etdiyi və Azərbaycan xalqının Sloqanına çevrilmiş “Dəmir Yumruq” idman klubunu yaratdı.

Elə, “OTTO-ART” şirkəti də Ramil bəyə “Dəmir Yumruq” hədiyyəsini təqdim etmişdir.

Çempionla tarixi görüş və tarixi hədiyyə-FOTOLAR


Hədiyyələrə çox sevinən Ramil Əhmədov Oktay müəllimə və onun kollektivinə təşəkkür etdi və eləcə də xalqımızı, millətimizi və Müzəffər Ordumuzu qarşıdan gələn Novruz bayramını təbrik etdi.

Emil BAYRAMZADƏскачать dle 10.6фильмы бесплатно
16-03-2023, 11:27
Baxıs: 527
Reyting: