allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi "Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi "layihəsinin yekun hesabat tədbirini keçirtdi-FOTO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi "Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi "layihəsinin yekun hesabat tədbirini keçirtdi-FOTO

Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi  "Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi "layihəsinin yekun hesabat tədbirini keçirtdi-FOTO


Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi "Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi "layihəsinin yekun hesabat tədbirini 27 aprel 2022 ci ildə keçirtdi.Tədbiri təşkilatın sədri Bahar Qasımova açaraq, keçirilən dörd tədbir haqqında, Ağdam rayonunda,Ağcabədi rayonunun Şərəfxanlı və Hindarxı qəsəbələrində, Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində keçirilən tədbirlər haqqında məlumatı və layihənin məqsəd, vəzifələri və onların nəticələri ilə bağlı hesabat verdi.Bildirdi ki, 120 dən artıq şəhid və qazi ailələrinə,30 dan artıq aztəminatlı ailələrə 70 dən çox gənc və şagirdlərə sosial,psixoloji, hüquqi və tibbi dəstəyin göstərilməsi ilə yanaşı,təşkilatın xanımları şəxsi vəsaitləri hesabına bu insanlara Ramazan Bayramı münasibətilə 2 500 manatlıq sovqatlar hədiyyə etmişlər. Məlumat verdi ki,tədbirlərdə yerli icra orqanlarının nümayəndələri, media işçiləri, müəllimlər və valideynlər iştirak etmişlər.Yekun tədbirdə təşkilatın sədr müavini,psixoloq Vəfa Abbasova,Hüquqşünas Ağamirzə Bağırov öz təəssüratları ilə bölüşdülər.Birıiyin digər sədr müavini, Milli Dəyərlərin Qorunması Təşkilatının sədri,Yazar,alim Dilarə Nağıyeva, müavin ,polis polkovnik leytenantı Gülbahar Məmmədova,Nərimanov Rayon sədri, Nərgiz Klinikasının baş həkimi professor Məlahət Qəhrəmanova,Binəqədi Rayon təşkilatının sədri,Vertebra Onurğa Mərkəzinin baş həkimi professor İradə Hacıyeva,Xəzər Rayon sədri, həkim Günay Məmmədbəyli və digər çıxış edənlər məsələnin aktuallığı barədə öz fikirlərini bildirdilər. Çıxışlardan sonra şerlər söylənildi. Mahnılar ifa edildi. Yekun sözü ilə Bahar Qasımova Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilstlarına Dövlət Dəstəyi Ağentliyinin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığını bildirdi.
06:06
Baxıs: 4160
Reyting: